SON DƏQİQƏ

“Şüşəni sındırıb, pəncərəni açıblar” - Evdən 7 min oğrulandı - VİDEO

Tarix:21-02-2018, 16:10

Abşeron rayonunda yaşayış evi qarət edilib.

ARB TV xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində, Yeni yaşayış massivində baş verib.

Gecə saatlarında Gülağa İbayevə məxsus ev yarılıb. Ev sahiblərinin yoxluğunu fürsət bilən naməlum şəxs və ya şəxslər mənzilə daxil olaraq oradan nağd pul və qızıl-zinət əşyaları aparıblar. Gülağa İbayevə ümumilikdə təxminən 7 min manat ziyan vurulub.

Elgün Əliyev – Ev sahibinin qohumu: “Evə gəldim ki, “reşotka” yerə qoyulub. Baxdım ki, pul, zinət əşyaları, planşeti aparıblar”.

Hadisədən ancaq səhər saatlarında ev sahibinin qaynı xəbər tutub. Onun bildirdiyinə görə, “çağırılmamış qonaqlar” mənzilə hasardan aşaraq daxil olublar.

Elgün Əliyev – Ev sahibinin qohumu: “”Reşotka”nı çıxarıb yerə qoyublar. Şüşəni sındırıb, pəncərəni açıblar”.

Elgün Əliyevin sözlərinə görə, hadisədən bir müddət əvvəl ərazidəki elektrik xətti də kəsilib.

Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər və barmaq izləri götürülüb. Cinayəti törəsən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN