SON DƏQİQƏ

Aşıq Namiq 54500 manatını istəyir - hakim ona xəbərdarlıq etdi

Tarix:14-02-2018, 12:15

Aşıq Namiqə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəmədə "Best Comp Group" MMC-nin nümayəndəsi mülki iddia qaldırdığını deyib. Şirkət təqsirləndirilən R.Babayevdən 33440 manat pulunun tutulmasını istəyib.

Amma təqdirləndirilən R.Babayev mülki iddia ilə razı olmadığını söyləyib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Prosesdə zərərçəkmiş qismində Habil Hənifəyev ifadə verib. O deyib ki, təqsirləndirilən şəxslərdən R.Babayevi tanıyır, E.Hüseynovu isə onunla birlikdə görüb.

"2014-cü ildə Rəşad mənə işlədiyi şirkətin satdıq komputerlərinin olduğunu dedi. Mən də Namiqə zəng edib, bu barədə onunla danışdım. Bu işdə Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi" - deyən zərərçəkmiş Habil Hənifəyev R.Babayevə 53 min 500 manat pul verdiyini söyləyib.

H.Hənifəyev təqsirləndirilən Babayevə komputer biznesi ilə bağlı 53 min 500 manat pul verdiyini, həmin puldan 13 min 500 manatının qaytarıldığını deyib: "Bu da biznesdən gələn gəlirdi. Onda 40 min manat pulum qalıb. Rəşad Babayev Müdafiə Nazirliyində çalışan Qorxmaz Qarayevin adından istifadə edirdi. İşlə bağlı Rəşadla telefonda yazışmalarımız da olub".

Digər zərərçəkmiş Aqil Məmmədov da məhkəmədə dindirilib. O, qohumu Habil Hənifəyevin komputer biznesi ilə məşğul olduğunu və 2015-ci ildə təqsirləndirilən şəxslərlə onları bir yerdə gördüyünü söyləyib: "Hamil iş barədə danışdı. Mən də bununla razılaşdım. Rəşada ümumilikdə 70 min 550 manat pul verdim".

Hakim digər zərərçəkmiş Aşıq Namiq Hüseynovu xəbərdarlıq edib. Bildirib ki, zərərçəkmiş şəxş ifadə verən zaman heç kəs yerindən danışmalı deyil. Daha sonra Aşıq Namiq ifadə verib. O, təqsirləndirilən R.Babayevə 54 min 500 manat pul verdiyini söyləyib: "Pulları komputer biznesi ilə bağlı vermişəm. Onlardan bir qismini qaytarıb və 39 min 500 manat pulumu tələb edirəm".

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu ədələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər. İttihamda yazılır ki, bu şəxslər də ucuz komuyter almaq istəyərkən təqsirləndirilən şəxslər tərəfindən aldadılıblar.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN