SON DƏQİQƏ

Oğurluğa gedən keçmiş məhkum narkotiklə tutuldu - VİDEO

Tarix:16-02-2018, 17:20

Bərdə rayon sakini Müşfiq Ələkbərov Rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng edərək ona məxsus evin həyətinə naməlum şəxsin oğurluq niyyəti ilə daxil olması barədə məlumat verib.

ARB TV xəbər verir ki, əməliyyat qrupu dərhal hadisə yerinə gəlib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları naməlum şəxsi evə daxil olmaq istəyərkən saxlayıblar. Araşdırmalarla onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Babayev olduğu müəyyən edilib.

Polis şöbəsinə gətirilən İlqar Babayevin üzərinə baxış zamanı ondan marixuana və kağız bükülüdə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun evinə də baxış keçirilib. Bu zaman İlqar Babayevin mənzilində sellofan torbada narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN