2018-ci il fevral ayının 10-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xinayət faktları aşağıdakı xarakterdə olub:
- Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 200 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Sonxeberler.info