SON DƏQİQƏ

Gürcüstanda kriminal avtoritetlər tutulub

Tarix:6-02-2018, 17:55

Gürcüstanda “oğru aləmi”nin nümayəndəsi olmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxslər əvvəllər müxtəlif ağır cinayətlərə görə məhkum olunublar. Onlardan birinin “Dobo” ləqəbli kriminal avtoritet olduğu müəyyənləşdirilib. Digər kriminal avtoritet Tbilisi beynəlxalq hava limanında ölkədən qaçmağa cəhd edərkən saxlanılıb.


İstintaqla müəyyən olunub ki, şübhəli şəxslər xaricdə yaşayan gürcü “qanuni oğru”larla sövdələşərək, bir vətəndaşın külli miqdarda pul və daşınmaz əmlakını mənimsəyiblər.

Faktla bağlı cinayət işi açılıb. Kriminal avtoritetləri 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN