SON DƏQİQƏ

Gəncədə avtomobil Goranboy sakinini vurub

Tarix:4-12-2017, 05:45

Gəncədə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad xan qəsəbəsinə gedən yolda qeydə alınıb. Goranboy rayon Faxralı kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Röyal Nurqədər oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. Sürücü dərhal yaralını xəstəxanaya aparıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN