Bakıda yanğın hadisəsi qeydə alınıb.
Sonxeberler.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 m2 olan transformator otağında transformatorun giriş naqilləri 2 p.m və 2 ədəd kondisioner yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.