SON DƏQİQƏ

“Üstündən bir tikə götürdüm” – Külli miqdarda heroin müsadirə olundu – VİDEO

Tarix:1-02-2018, 16:58

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, külli miqdarda heroin müsadirə olunub.

Qobustan qəsəbə sakini Arif İsmayılov tutularaq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 4 qramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində külli miqdarda narkotik vasitəni Cəlilabad rayonundan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə yaşadığı Qobustan rayonuna gətirdiyini bildirib.

Arif İsmayılov (Saxlanılan şəxs): “Yaxınlaşıb sellafon olduğunu gördüm. Açıb heroini gördüm. Üstündən bir tikə götürdüm. Bir neçə gün sonra yenə götürmək üçün gedəndə 4 polis əməkdaşı yaxınlaşdı. Sağ cibimdən mal çıxdı”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN