SON DƏQİQƏ

"Nardaran hadisələri"nə görə həbs edilən şəxslərə hökm oxunur

Tarix:6-12-2017, 12:34

Nardaran hadisələrinə görə həbs edilən daha 12 nəfərin məhkəməsi başa çatıb.

Sonxeberler.info xəbər verir ki, Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - Müsəlman Birliyi Hərəkatının üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Zülfüqar Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü həbs edilib. Bu, artıq 3-cü qrup "Nardaran hadisələri"nə görə həbs edilən şəxslərin məhkəmə prosesi idi.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN