SON DƏQİQƏ

Bakıda kütləvi dava: iki nəfər bıçaqlandı

Tarix:12-12-2017, 09:21

Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

 

"Report" xəbər verir ki, Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN