SON DƏQİQƏ

AĞDAŞDA DƏHŞƏT: Qardaş bacısına sataşan oğlanı ürəyindən bıçaqlayıb öldürdü – VİDEO

Tarix:14-12-2017, 17:23

Ağdaşda qətl hadisəsi baş verib.

ARB TV xəbər verir ki, cinayət Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında törədilib. Əhməd Cavad küçəsində yaşayan, 17 yaşlı Ətraf Nəsibov ürəyindən bıçaqlanaraq öldürülüb.

Onun meyiti müayinə üçün Ağdaş morquna aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmənin kimliyi müəyyənləşdirilib, saxlanılması istiqamətində əməliyyat axtarış tədirləri görülür. Məlumata görə, olay qısqanclıq zəminində baş verib.

Belə ki, Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi olan Ətraf Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Bundan xəbər tutan qardaş onu söhbət etmək üçün çağırıb və öldürüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN