SON DƏQİQƏ

Rusiyada qafqazlılara hücum edildi – 3 yaralı

Tarix:15-12-2017, 12:41

Sankt-Peterburqun Vıborqski rayonunda ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 3 nəfərin işi ilə əlaqədar polis tərəfindən araşdırma başladılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Sankt-Peterburq bölməsindən informasiya yayılıb.

Məlumata görə, polis bölməsinə səhər saatlarında xəsarət almış 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Onlardan bıçaq yarası almış 2 nəfərin vəziyyətinin ağır olduğu qeyd olunub. Xəsarət alan şəxslərin hər üçünün Qafqaz respublikalarından birinin vətəndaşı olduğu bildirilib.

Faktla bağlı “Sağlamlığa ağır xəsarət yetirmək” maddəsi ilə cinayət işi başladılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN