SON DƏQİQƏ

“Anqarsk manyakı” 84 qətlə “imza atıb”

Tarix:15-12-2017, 16:34

Rusiya İstintaq Komitəsi tərəfindən çoxsaylı qətllərdə ittiham olunan “məşhur” “Anqarsk manyakı” Mixail Popkovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaqın gəldiyi nəticəyə görə, M.Popkov 1992-ci ildən 2010-cu ilədək İrkutsk vilayətində 84 qətl törədib. Onun öldürdüyü qadınların yaş həddi 16-40 arasında dəyişir. “Anqarsk manyakı”nın qurbanları arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

2015-ci ildə 22 qətl törətdiyinə görə M.Popkov ömürlük azadlıqdan məhrum edilib. Əvvəllər polis orqanlarında çalışan qatil başqa qətllər törətdiyini də etiraf edib.

322 cilddən ibarət olan cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Məhkəmə Psixoloji Ekspertizasının rəyinə görə, M.Popkov zorakılığa və qətllərə meylli olub. Ona “homisidomaniya” diaqnozu qoyulub. Bu isə psixi pozğunluq sindromu deyil.

İrkutsk vilayət məhkəməsi tərəfindən keçmiş milis işçisinə ömürlük cəza verilib. Məhkəmə istintaqı zamanı məlum olub ki, milis əməkdaşı 1994-2000-ci illər ərzində Anqarsk şəhərində 22 qadını qətlə yetirib. Məhkəmə prosesi qapalı keçirilib. Məhkəmə qatilin qurbanlarının şəxsiyyətlərini araşdırıb. Qatilə hökm oxunarkən məhkəmə zalında mətbuat nümayəndələri də iştirak edib. 50 yaşlı “Anqarsk manyakı” cəzasını xüsusi rejimli cəzaçəkmə məntəqəsində çəkəcək.

1994-2000-ci illərdə yoxa çıxan qadınların üzərində zorakılıq əlamətləri olan meyitləri Anqarskdan və qonşu İrkutsk şəhərindən tapılıb. Onlardan bəzilərinin bədənində “Niva” markalı avtomobilin təkərlərinin izləri aşkarlanıb.

Təhqiqat müddətində 300-ə yaxın ekspertiza aparılıb, 2 mindən çox şahid dindirilib. İstintaq materialları 195 cild təşkil edib. Qətllərdən başqa M.Popkov iki sui-qəsddə də ittiham olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN