Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi, 17-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində, paytaxt ərazisində silsilə oğurluqlar edən, əvvəllər məhkum olunan Ziyad Baqautdinov saxlanılıb.
ARB TV xəbər verir ki, araşdırma zamanı məlum olub ki, o, 4 mənzildən pul və qızıl-zinyət əşyaları, mobil telefon, velosipet, 2 avtomobildən isə akkumliyator oğurlayıb.
Qeyd edilən faktlarla bağlı Nərimanov Raoyun Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ziyad Baqautdinov (cinayətkar): “Evlərdən qızıl, pul götürmüşəm. Qızıl üzük olub, sep olub, pul olub. Belə şeylər götürüb çıxmışam. Oğurladığım qızılları aparıb zərgərə satmışam”.