SON DƏQİQƏ

Neftçala, Şəki və Hacıqabulda ev yanıb

Tarix:20-12-2017, 07:01

Respublika ərazisində axşam saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb. 

Sonxeberler.info-nun  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonu, Xolqaraqaşlı kəndində ümumi sahəsi 77 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Şəki rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m2 olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 4 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Hacıqabul rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otaqlında 1 ədəd yataq dəsti və 2 m2 sahədə döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN