SON DƏQİQƏ

“Pulu götürüb çıxmışam” - Qonşusunun evini yaran oğru saxlanıldı - VİDEO

Tarix:21-12-2017, 11:47

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

ARB TV xəbər verir ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 dollar oğurladığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub.

Saxlanılan şəxsin ilkin ifadəsi zamanı zərərçəkmişlə qonşu olduğu müəyyən edilib.

Həsən Abdullayev – Saxlanılan şəxs: “Həyətdə dəmir görmüşdüm. Hasardan həyətə düşüb, pəncərədən içəri girdim. Pulu görüb, götürüb çıxmışam”.

H.Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayətinin də üstü açılıb. Şəxsin bu ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN