SON DƏQİQƏ

Cinayət başında yaxalandı

Tarix:22-12-2017, 12:46

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib. 

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və həyata keçirilmiş tədbirlərlə şübhəli bilinən həmyerlisi Tural Məmmədov 200 manatı O.Ağayevdən alarkən saxlanılıb. 

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN