Məhkəmə zərəri ödəməsi üçün müttəhimə vaxt verib, amma o, borcunu ödəyə bilməyib və həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndidilən Mürsəl İsrafilovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.İstafilov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə M.İsrafilova zərəri ödəmək üçün vaxt vermişdi. Həmin müddətdə M.İsrafilov azadlıqda idi. Lakin M.İsrafilov zərəri ödəmədiyi üçün məhkəmə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə dəyişmişdi.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 320.1-ci (rəsmi sənədləri saxlama, əldə etmə, qanunsuz hazırlama) maddələri ilə ittiham edilir.
M.İsrafilov 3 nəfər vətəndaşın etibarından süi-istifadə edərək, onların ümumilikdə 60 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib. O, saxta sənəd düzəldərək torpaq almaqda vətəndaşlara kömək edəcəyini deyibmiş.
Sonxeberler.info