SON DƏQİQƏ

Tbilisidə azərbaycanlıya məxsus restoranda insident olub, üç nəfər xəsarət alıb

Tarix:18-01-2018, 09:24

Tbilisidə “Qəhrəmanlar meydanı” ərazisində yerləşən azərbaycanlıya məxsus “Ağa” restoranında ötən gecə insident baş verib.

 APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, mübahisə nəticəsində baş vermiş əlbəyaxa davada 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

 İnsidentlə bağlı bir nəfər saxlanılıb.

 Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırma aparır.

 Qeyd edək ki, Azərbaycan və gürcü mətbəxli restoranın əsas müştərilərini Gürcüstana gələn xarici turistlər təşkil edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN