SON DƏQİQƏ

Gəncə sakinində silah və narkotik aşkar edildi

Tarix:19-01-2018, 11:35

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib. 

DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda  - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.   

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN