SON DƏQİQƏ

Bakıda keçmiş məhkum tapança satmaq istəyərkən yaxalandı

Tarix:15-01-2018, 16:23

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Ondan sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN