İşlədiyi şirkətin 20 min manatını mənimsəməkdə ittiham edilən şəxs məhkəmə zalında həbs edilib.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən E.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
E.Məmmədov Bakıda şirkətlərin birində ekspeditor vəzifəsində işlədiyi müddətdə şirkətin 20 min manat pulunu mənimsəməkdə təqsirli bilinib.
Məhkəmə istintaqı dövründə E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham olunan E.Məmmədov hökmə əsasən məhkəmə zalında həbs edilib.
Sonxeberler.info