SON DƏQİQƏ

Dayanacağın ödəmə terminalını sındırıb pulları oğurladı - VİDEO

Tarix:9-01-2018, 16:49

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil olub.

ARB TV xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.

1992-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş paytaxt sakini Kərimov Kamran Yusif oğlu saxlanılıb. O ifadəsində balta ilə həmin aparatı qıraraq içərisindəki pulları taladığını etiraf edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN