Şəmkirdə oğurluq hadisəsi baş verib.
ARB TV xəbər verir ki, dekabrın 26-də Şəmkir rayonun Bayramlı kənd sakini Elman Cəfərov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən ümumi dəyəri 38.000 manat olan qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğru çox da uzaqda deyil. Qızılları ailənin üzvü, şikayətçi Elman Cəfərovun oğlu Şahmar Cəfərov oğurlayıb. Zinət əşyaları da, Şahmarın öz həyat yoldaşının və qardaşının həyat yoldaşının olub.
Şahmar Cəfərov ilkin dindirmə zamanı xoşagəlməz əməlini etiraf edib. Baxmayaraq ki, qızıl zinət əşyalarının çox hissəsini satıb, amma bir qismi ondan maddi sübut kimi götürülüb.
Şahmar Cəfərov – Saxlanılan şəxs: “1 ay bundan əvvəl öz yoldaşımın qızıllarını götürüb satdım. Qızılları 1-ci 700 manata, 2-ci 450, 3-cü isə 980 manata satdım. Öz borclarım var idi, onları verdim”.
Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.