SON DƏQİQƏ

Ukrayna ABŞ üzərindən Rusiyanın iqtisadi planlarına zərbə vurur

Tarix:23-11-2017, 15:33

Rəsmi Kiyev bunun üçün lobbi şirkətinə 1 milyon dollara yaxın pul ödəyib

“Ukraynanın “Naftoqaz” şirkəti ABŞ-ın lobbiçiliklə məğul olan “Yorktown Solutions” şirkətinə “Şimal axını-2” layihəsinə əngəl törətməsi üçün 880 min dollar məbləğində pul ödəyib.

SonXəbərlər Rusiya mətbuatına istənadən xəbər verir ki, ABŞ şirkəti Kremlin böyük ümidlər bəslədiyi və Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya nəqlini asanlaşdıracaq “Şimal axını-2” -nin tikintisinin investorlar üçün daşıdığı risklər, habelə onun təhlükəli geolpolitik nəticələri barədə maraqlı tərəfləri məlumatlandırmalı və onlar üçün mümkün variantlar təqdim etməlidir.

Bundan başqa, “Yorktown Solutions” Ukraynanın Avropa qaz bazarına verə biləcəyi iqtisadi faydaları Vaşiqntonun nüfuzlu siyasi və iqtisadi dairələrinin diqqətinə çatdırmalıdır.

Şirkət tərəfindən veriləcək xidmət Konqresdə və onun komitələrində, o cümlədən ABŞ prezidentinin administrasiyasınına tabe olan icraedici hakimiyyət orqanlarının nümayəndələrinin iştirakı ilə iclasların təşkil edilməsindən ibarət olmaldır.

Qeyd olunur ki, elə “Qazprom” da “lobbi müharibəsi”ndə boş dayanmır. Belə ki, Rusiyanın qaz konserni təkcə bu ilin 3-cü rübündə ABŞ-dakı lobbiçilik fəaliyətinə 1 milyon dollardan çox pul xərcləyib.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, Ali Radanın 16 deputatı bu yaxınlarda “Naftoqaz” şirkətinə müraciət edərək Ukraynanın enerji təhlükəsizliyinə yönəlik təhdidlərin neyrtallaşdırılması ilə bağlı tədbirlərin görülməsini tələb edib.

Görünür, Ukrayna tərəfinin cəhdləri müəyyən qədər işə yarayıb. Çünki ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalar “Şimal axını-2” layihəsini maliyyələşdirən, habelə onu tikintisində iştirak edən bütün ölkələri və şirkətləri vura bilər.

Elə Avropa Birliyinin özündə də Rusiyanın planını bloklaya biləcək qanun paketi hazırlanır.

Xatılaradaq ki, “Şimal axını-2” Baltik dənizinin dibindən keçməklə Rusiya qazının Almaniyaya çatdırılmasını nəzərdə tutur. Bu boru kəmərinin gücü ildə 55 milyard kub həcmində qaz nəql etməyə qadirdir.

Qeyd olunur ki, Rusiya Şimal axını-2 və “Türk axını” layihələri ilə qazın nəqli məsələsində birdəfəlik Ukraynadan canını qurtarmaq istəyir. “Qazprom” şirkəti müvafiq sahədə Ukrayna dövləti ilə imzalanan və 2019-cu ildə bitəcək olan müqqviləni uzatmayacağını indidən açıqlayıb.

Bu isə Ukrayna üçün dəhşətli itki deməkdir. Məhz bu səbəbdən həm ABŞ, həm də Avropa Birliyi enerji bazarının tamamilə Kremlin əlində cəmləşməsi təhdidinə qarşı fəaliyyət göstərir.

ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin söylədiyinə görə, “Şimal axını 2” Kiyevi ildə 2,7 milyard dollardan məhrum edə bilər. Bu isə ölkə ÜDM-nin 3% nə bərabərdir.

“Naftoqaz Ukrayna” şirkətin rəhbəri Andrey Kobolev isə Ukraynanın hər il qazın tranzitindən 3 milyard dollar gəlir götürmə niyyətində olduğunu açıqlayıb.

Kobolev “Türk axını” sayəsində Ukraynanın cənub istiqamətində bütün tranzit xətlərinin iflas olduğunu və mənasını itirdiyini etiraf edib.

Əgər “Şimal axını-2” layihəsi tam gücü ilə işə düşsə bu Rusiyanın artıq iqtisadi cəhətdən də ukraynın həm cənubdan, həm də şimaldan mühasirəyə alaraq çökdürməsi anlamına gələcək.

Bu arada Ukrayna lobbiçilərinin fəaliyyəti yalnız enerji nəqliyyatı sahəsi ilə məhdudlaşmır.

ABŞ-ın nüfuzlu “BuzzFeed News” saytının verdiyi məluamata görə, Ağ Ev Ukraynaya ölümcül silahların satılması məsələsində artıq qəti qərar qəbul etmək ərəfəsindədir. Bu plan əsasən “Javelin” tipli tank əleyhinə raket komplekslərinin Ukraynaya satılmasını nəzərdə tutub.

Saytın administrasiya içindəki mənbələri Rusiya ilə yaxınlaşmaq istəyən prezident Donald Trampın bu anlaşmaya könülsüz yanaşdığını qeyd etsərlər də, Ukrayanın bu silahların pulunu ödəməsi halında onun da əngəl törtəməyəcəyi barədə məlumat veriblər.

Prezidentin pul məsələsində fikirlərini yaxşı bilən Ağ Ev administrasiyasında bir sıra qüvvələr Ukraynanın hərbi büdcəsinin ölkə ÜDM-nin 7%-nə bərabər olduğunu onun diqqətinə çatdıraraq Kiyevin bu məbləği ödəyə biləcək gücdə olduğuna inandırmağa çalışırlar. Ukraynaya silah satılmasını həm dövlət katibi Reks Tillerson, həm müdafiə naziri Ceyms Mettis, həm də Trampın Ukrayna üzrə xüsusi nüməyəndəsi Kurt Volker müdafiə edir.

Keçən həftənin 5-ci günü isə ABŞ-ın “ABC News” kanalı Milli Təhlükəsizlik Şurasının Ukraynaya “təhlükəsizlik, o cümlədən silah sahəsində “dotasiya paketi”nin təqdim edilməsi barədə tövsiyə xarakterli qərar” qəbul etdiyini xəbər verib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN