SON DƏQİQƏ

Xaricə sərmayə yatırmaq Azərbaycana nə qazandırır?

Tarix:1-12-2017, 13:44

Azərbaycandan müxtəlif xarici ölkələrə investisiya yatırımları getdikcə artır.

 

Azərbaycan vətəndaşları, bəzi hallarda isə iri şirkətləri qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, bir sıra Şərqi Avropa ölkələrində irihəcmli vəsaitlər xərcləməkdədirlər.

 

Bu yatırımlara dair son məlumatlara görə, bu ilin 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro məbləğində yatırım edərək bu sahədə 3-cü yeri tutub. Həmin müddətdə soydaşlarımız tərəfindən Türkiyədə 911 daşınmaz əmlak əldə edilib. Buradakı yerimiz isə 5-ci olub.
Bundan əlavə, Azərbaycan vətəndaşlarının Şərqi Avropanın Bolqarıstan, Çexiya və digər ölkələrində çoxlu sayda daşınmaz əmlaka sahibləndiyi də məlumdur. Bu ölkələr həmçinin azərbaycanlıların müxtəlif şirkətlər vasitəsilə biznes qurduqları əsas regionlardan birinə çevrilməkdədir.

Azərbaycan vətəndaşlarının xarici ölkələrə investisiya yatırması ölkədən kapital axınının davam etməsi deməkdir.

 

Картинки по запросу Bu fikirdə olan iqtisadçı-ekspert Rəşad Həsənov

Bu fikirdə olan iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, müəyyən şərtlər daxilində Azərbaycandan xaricə investisiya qoyulması normal qarşılanmalıdır: “Müxtəlif ölkələr öz iqtisadiyyatlarını xarici investorlara cəlbedici etmək üçün əlverişli şərait yaradırlar. Azərbaycanlı sahibkarların da bu şərtlərdən yararlanıb həmin ölkələrə investisiya yatırması təqdir olunmalıdır. Çünki həmin investisiyalar özünü doğruldanda artıqlaması ilə geri qayıdacaq, ölkəyə valyuta axınını gücləndirən amillərdən birinə çevriləcək. Bu, eyni zamanda mütərəqqi xarici təcrübənin də Azərbaycana daxil olması baxımından mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, bu şərtlə ki, həmin vəsaitlər Azərbaycanda qanuni yollarla, qanuni biznes fəaliyyəti nəticəsində əldə edilmiş olsun. Təəssüflər olsun ki, son illərdə xarici ölkələrə yatırılan vəsaitlərin böyük qisminin Azərbaycandan qanunsuz yollarla çıxarılan, daha təhlükəsiz limanlara daşınan vəsaitlər olduğunu görürük. İri kapitallar qeyri-leqal fəaliyyət göstərən qrupların əlində cəmləşib. Zaman keçdikcə bu qruplar ifşa olunur, qanunlar qarşısında cavab verməli olur. Belədə həmin qrupların topladığı vəsaitlər ya müsadirə olunur, ya da digər qruplar tərəfindən ələ keçirilir. Buna görə də son illərdə bu aqibətdən yayınmaq üçün vəsaitlərin xaricə daşınmasına üstünlük verilir. Bu isə arzuolunmaz haldır. Ən azı ona görə ki, həmin şəxslər qanun qarşısında cavab verməli olanda onların ölkədən çıxartdığı vəsaitləri geri qaytarmaq mümkün olmayacaq”.

R.Həsənovun fikrincə, Azərbaycanın özündə hazırda investisiyaya ehtiyac çox böyükdür: “Ölkənin qeyri-neft sektorunun çox böyük potensialı var. Eyni zamanda investisiyaya ehtiyacı böyükdür. Bu şəraitdə vəsaitlərin ölkədən kənara axması məqsədəuyğun deyil. Burada hökumətin üzərinə düşən əsas iş investisiyanı ölkədə saxlamaq üçün liberal iqtisadi münasibətlər formalaşdırmaq, mülkiyyət hüququnun qorunması baxımından məhkəmə sistemini sağlamlaşdırmaq olmalıdır. Yalnız bu halda yerli, həm də xarici investorun marağı yaranacaq ki, vəsaitini bura qoysun”.

Ekspert deyir ki, əlində qanuni vəsaitləri olanlar da Azərbaycanda investisiya qoymağa çəkinirlər: “Xüsusilə 2014-cü ilədək məmur özbaşınalığı, himayədarlıq, yerli icra orqanlarının biznesin fəaliyyətinə hədsiz müdaxilələri imkan vermirdi ki, insanlar vəsaitlərini Azərbaycanda hansısa sahəyə yatırsınlar. Bu risklərdən qorunmaq üçün vətəndaş məcburdur topladığı vəsaiti xaricə daşısın”.

 

R.Həsənovun fikrincə, daşınmaz əmlaka yatırım passiv investorların daha çox istifadə etdikləri alətdir: “Azərbaycanlı sahibkarın Avropada biznes idarə etmək bacarıqları demək olar ki, yox səviyyədədir. Azərbaycanda formalaşmış biznes münasibətləri, qaydalar Avropada işləmir. Buna görə də azərbaycanlı investorlar Avropada əsasən daşınmaz əmlak bazarına vəsait qoya bilirlər. Bu sahə ciddi biznes biliklərinin, çevik iqtisadi siyasət yürütmək bacarıqlarının olmasını tələb etmir. Buna görə də azərbaycanlılar renta gəlirlərinin əldə olunmasına üstünlük verirlər. Düzdür, xarici ölkələrdə daşınmaz əmlak alanların bir hissəsi şəxsi məqsədləri üçün əldə edirlər. Lakin müşahidələr göstərir ki, burada əsas ağırlıq biznes məqsədli alışlardadır”.

 

Картинки по запросу ekspert Nüsrət İbrahimov

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə hesab edir ki, daşınmaz əmlaka investisiya uğurlu yatırım növlərindən biridir: “İnsanlar görürlər ki, daşınmaz əmlak stabil gəlir gətirən sahədir. Ona görə də hansı ölkədə bu sahəyə investisiya üçün əlverişli şərtlər olursa, oraya vəsait yönəldirlər. Son illərdə Azərbaycanda daşınmaz əmlaka investisiya cəlbediciliyini itirib. Yəni gəlirli sahə olmaqdan çıxıb artıq. Böhrandan əvvəlki illərdə cəlbedicilik çox yüksək idi. İnsanlar investisiya yatıranda bütün riskləri, mümkün nəticələri hesablayırlar. Bu baxımdan, nə vaxtsa Azərbaycanda daşınmaz əmlaka investisiya əvvəlki kimi cəlbedici olarsa, bu sahəyə yatırım edənlərin də artacağı şübhəsizdir”.

Mütəxəssis deyir ki, xaricdə əmlaka investisiyanın artmasının Azərbaycanın əmlak bazarındakı proseslərə hansısa təsiri yoxdur: “Gedən passiv vəsaitlərdir. Onlar onsuz da daxildə əmlaka yönəldiləcək deyil. Digər tərəfdən, Azərbaycanın əmlak bazarındakı iştirakçıların bazardan çıxması halı qeydə alınmayıb”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN