SON DƏQİQƏ

ABŞ Çini bazar iqtisadiyyatına sahib ölkə kimi tanımır

Tarix:14-12-2017, 16:45

ABŞ Çini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) kriteriyalarına uyğun olan bazar iqtisadiyyatına sahib ölkə kimi tanımaqdan imtina edib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu qərar ABŞ-ın Çinə qarşı müxtəlif məhdudiyyətlər və antidempinq rüsumları tətbiq etmək imkanlarını asanlaşdırır.

ABŞ Ticarət Nümayəndəliyinin fikrincə, Çinin bazar iqtisadiyyatına sahib ölkə statusu alması qərb bazarlarının Çin malı ilə doldurulması ilə nəticələnə bilər.

Nümayəndəliyin yaydığı sənəddə bildirilib ki, Çin dövləti iqtisadiyyatda önəmli söz sahibidir və daxili bazarı subsidiyalarla təmin edir. Nəticədə, daxili bazarda qiymətlər reallıqdan uzaqlaşır və bazar iqtisadiyyatının qanunları ilə tənzimlənmir.

ABŞ Maliyyə Nazirliyinin xarici əlaqələr üzrə müavini Devid Melpes (David Malpass) bildirib ki, ABŞ Çində gedən liberallaşdırma prosesinin yavaşlaması və ya dəyişməsindən narahatdır: "Belə ki, dövlətin iqtisadiyyatda rolu artmağa başlayıb."

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN