SON DƏQİQƏ

Azərbaycan nefti ucuzlaşıb

Tarix:5-12-2017, 16:00

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 64,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 64,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,06 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 4-də 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel azdır.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN