SON DƏQİQƏ

Türkiyə iqtisadiyyatında şok artım baş verib

Tarix:14-12-2017, 15:26

Türkiyə iqtisadiyyatı 2017-ci ilin III rübündə illik müqayisədə 11,1% artım göstərib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, analitiklər ÜDM artımının 8,5% olacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatı II rübdə illik 5,3%, I rübdə isə 5,2% artım göstərib.

Sektorların təhlilinə əsasən, ən sürətli artım inşaat sektorunda (18,7%), mal və xidmətlərin ixracında (17,2%), sənayedə (14,8%) baş verib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN