SON DƏQİQƏ

Prezident bu şəhərə 2,1 milyon manat ayırdı - SƏRƏNCAM

Tarix:24-10-2017, 14:46

Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN