SON DƏQİQƏ

Maksim Oreşkin: "Neft hasilatının azaldılması barədə razılaşmanın uzadılmasına dair heç bir xəbər yoxdur"

Tarix:29-09-2017, 17:00

"OPEK və istehsalçı ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşma neft bazarını sabitləşdirib".

 

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib. Onun sözlərinə görə, bu razılaşmanın müddətinin uzadılması ilə bağlı qərar qəbul ediləcək: “Lakin hələlik heç bir xəbər yoxdur”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də öz növbəsində ölkəmizin neft hasilatının azaldılması ilə bağlı öhdəliyi yerinə yetirdiyini vurğulayıb: "Bundan sonra da əldə olunan razılaşmaları icra etməyə davam edəcəyik".

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN