SON DƏQİQƏ

SOCAR yeddi ayda Ceyhan limanından 9,7 milyon tonadək neft ixrac edib

Tarix:2-08-2017, 11:58

SOCAR bu ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından isə 1 milyon 540 min 751 ton xam neft ixrac edib.

 

Şirkətin mətbuat xidmətindən bildirilib ki, ümümilikdə cari ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac olunub.

 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN