SON DƏQİQƏ

Sabah Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin iclası keçiriləcək

Tarix:31-07-2017, 11:05

Avqustun 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçiriləcək. İclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək. 

 

Bank mütəxəssislər bu göstəricinin indiki 15%-dən 12%-ə endiriləcəyini proqnozlaşdırırlar. Bu baş versə, ardınca Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarı ilə Azərbaycan manatı ilə qəbul edilən əmanətlərin sığortalanması faizi (hazırda 15%-dir) də azaldıla bilər.

 

Xatırladaq ki, iyunun 22-də keçirilmiş iclasda qurumun İH-i uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz (18%) saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib. /Report

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN