Amerika fond bazarında Dow Jones indeksi 0,24% - 21 029,47 bəndədək, S&P 500 0,12% - 2 412,91 bəndədək, NASDAQ isə 0,11% - 6 203,19 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% - 7 526,51 bəndədək, Almaniya DAX-ı 0,24% - 12 598,68 bəndədək, Fransa CAC-40-ı 0,50% - 5 305,94 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,80 dollar azalaraq 1 262,90 dollara, gümüş isə 0,16 dollar azalaraq 17,27 dollara satılıb.
********
Dünya birjalarında neft ucuzlaşmaqdadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,62% azalaraq 49,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,41% azalaraq 51,63 dollar olub.