SON DƏQİQƏ

Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib

Tarix:13-12-2019, 22:16

Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 1 il müddətində qüvvədədir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN