Azərbaycan Dövlət Neft Fonduna Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsi üzrə indiyədək – 31 iyul 2019-cu il tarixinədək 143 milyard 366 milyon dollar daxil olub.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, bunun 5 milyard 160 milyon dolları cari ilin yanvar-iyulunda əldə edilən gəlirlərdir.
Bu ilin yeddi ayında “Şahdəniz” yatağı üzrə kondensatın satışından 209 milyon dollar əldə olunub. “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) isə 2 milyard 703 milyon dollar təşkil edib.