SON DƏQİQƏ

ABŞ-ın Rusiya və İrana “təyyarə hücumu” başladı

Tarix:15-05-2018, 09:12

Hər iki ölkə ciddi itkilərlə üzləşir

ABŞ-ın İran və Rusiyaya qarşı sanksiyaları bu ölkələrdə sərnişin təyyarələri ilə bağlı ciddi problemlərin yaranmasına səbəb olub. Əgər Rusiyada söhbət ayrı-ayrı milyarderlərdən gedirsə, İranda məsələ daha kəskindir. Belə ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla imzalanmış nüvə müqaviləsindən çıxdığını bəyan etdikdən sonra avbiasiya nəhəngləri olan “Boeing” və “Airbus” şirkətləri İrana təyyarə satışına dair müqavilələrin icrasını dayandırıblar.

ABŞ-ın xəzinə naziri Steven Mnuçin isə “Boeing” və “Airbus”un İran şirkətlərinə sərnişin təyyarələri satışına dair lisenziyalarının ləğv edildiyini bildirib.

Onu da qeyd edək ki, “Airbus” 2016-cı ilin yanvarında “İran Air” ilə 19 milyard dollarlıq alqı-satqı müqaviləsi imzalamışdı. Müqaviləyə əsasən şirkət İran tərəfinə 100 təyyarə tədarük etməlidir. İndiyədək bu təyyarələrin cəmi 3-ü sifarişçiyə çatdırılıb.

“Boeing” isə 2016-cı ilin iyununda “İran Air”lə 2017-2025-ci illər üzrə 17 milyard dollar müqabilində 80 təyyarənin alqı-satqı müqaviləsini imzalamışdı. Daha bir İran şirkəti olan “Aseman” isə “Boeing”dən 3 milyard dollar müqabilində 30 təyyarə alınmasına dair razılığa gəlmişdi. Hər 3 müqaviləni ABŞ  Xəzinə Nazirliyi Xarici Kapitala Nəzarət Ofisi (OFAC) elə həmin il təsdiq edib.

Dennis Muilenburg ile ilgili görsel sonucu

“Boeing”in icraçı direktoru Dennis Muilenburq müqavilənin ləğv edilməsinin onlara çox təsir etməyəcəyini və “Boeing 777" istehsalının İran qərarlarından asılı olmadığını deyib. 

Avropa nəhəngi olan “Airbus” da ABŞ-ın tətbiq etdiyi sanksiyalara tabe olacaq. Şirkətdən verilən açıqlamada ABŞ-ın İranla müqavilədən çıxmasını diqqətlə təhlil etdikdən sonra necə hərəkət edəcəklərinə qərar verəcəkləri bildirilib. Şirkət bunun bir az vaxt alacağını qeyd edib.

Qeyd etmək yerinə düşər ki, hər iki müqavilə təyyarə parkı hədsiz köhnələn İran üçün çox vacib idi. Belə ki, İslam İnqilabından sonra sanksiyalara məruz qalan İran təyyarə parkında heç bir yenilənmə apara bilməyib. İranın mülki aviasiya idarəsinin rəhbəri hələ 2016-cı ildə bildirmişdi ki, ölkədə 250 təyyarə var ki, bunların da 230-u yeniləri ilə əvəz edilməlidir. Müqavilələrin ləğvi İranın sərnişin aviasiyası üçün böyük zərbə deməkdir.

Nəzərə çatdıraq ki, ABŞ sanksiyaları Rusiya oliqarxiyası üçün də ciddi təyyarə problemi yaratmaqdadır. Belə ki, rusiyalı oliqarx Oleq Deripaska lizinqə götürdüyü 3 ədəd biznes-klass tipli “Gulfstream” təyyarəsinin xidmətlərindən istifadəni dayandırmağa məcbur olub. Təyyarələrin satışı ilə məşğul olan “Freestream” şirkətinin rəhbəri Əlirza İttihadiehin RBK-ya verdiyi məlumata görə, buna səbəb təyyarələrin sahibi olan şirkətlərin ABŞ sanksiyaları üzündən milyarder və onun şirkətlərinə xidmət göstərməsinin mümkün olmamasıdır.

“Gulfstream G550" ile ilgili görsel sonucu

İttihadiehin dediyinə görə, Deripaska və ali idarəetmə orqanı üzvlərinə xidmət göstərən təyyarələr sahiblərinə qaytarılmalı, lizinq müqavilələri isə vaxtından əvvəl ləğv olunmalıdır. Qeyd edək ki, “Gulfstream G550"  təyyarələri Deripaskanın nəzarətində olan ”Credit Suisse" və “Raifeisen” bankları və şirkətləri vasitəsilə icarəyə götürülmüşdü.

“Reuters”in məlumatına görə, hazırda təyyarələrdən 2-si hərəsi 30 milyon dollara yaxın qiymətə satışa qoyulub.

Xatırladaq ki, ABŞ-ın apreldə açıqladığı sanksiyalara əsasən Amerika şirkətlərinə O.Deripaskaya məxsus və ona bağlı şirkətlərlə hər hansı formalı əməkdaşlıq qadağan edilib. Amerika şirkətlərinə həmçinin ABŞ mənşəli olmayan, sanksiya tətbiq edilənlərlə iş quran şirkətlərlə əməkdaşlıq da qadağan olunub. Buna görə də hazırda Avropa bankları Deripaska və ona bağlı şirkətlərlə hər hansı işbirliyindən çəkinirlər. “En+”a qarşı təzyiqləri azaltmaq üçün aprelin 27-də Deripaska şirkətin Direktorlar Şurasından getməyə, həmçinin ondakı payını azaltmağa razılaşıb.

Mayın əvvəlində isə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ-ın məqsədi heç də “Rusal”ı müflis etmək, yaxud biznesdən sıxışdırmaq deyil. Lakin şirkətin qiymətli kağızlarının 48 faizinə sahib olan O.Deripaska onun üzərindəki nəzarətdən imtina etməlidir.

“Boeing” and “Airbus” ile ilgili görsel sonucu

Xatırladaq ki, bundan əvvəl sanksiyalar üzündən daha bir Rusiya biznesmeni - Araz Ağalarov da az qala təyyarəsindən məhrum olurdu. Belə ki, onun “Gulfstream G550" təyyarəsini girov qoyaraq kredit götürdüyü ABŞ-a məxsus "Stonebriar Commercial Finance" bankı kreditin vaxtından əvvəl bağlanmasını tələb edərək, əks halda, təyyarənin müsadirə olunacağını bildirib. Buna görə də milyarder 20 milyon dollarlıq krediti vaxtından əvvəl bağlamağa məcbur olub.

Sanksiyaların təsiri altına düşən oliqarxların əksəriyyətinin ABŞ istehsalı olan “Gulfstream” və “Boeing” təyyarələri ilə uçduğunu nəzərə alsaq, tezliklə digərlərinin təyyarə problemi yaşayacağını gözləmək olar. Məsələn, adı sanksiya siyahısında yer alan dağıstanlı milyarder Süleyman Kərimov iki “Boeing 737-7BJ” və “Boeing-737-8LX” təyyarələrinə malikdir. “Surqutnefteqaz” şirkətinin rəhbəri Vladimir Boqdanov isə “Gulfstream IV-SP” təyyarəsində uçur.

Oliqarxlardan həmçinin Viktor Vekselberq və Andrey Skoç Avropa istehsalı olan “Airbus” təyyarələrinə malikdir. Vekselberq həmçinin dəyəri 23 milyon dollar olan “Bombardier”ə, Vahid Ələkbərov 30 milyon dollarlıq “Falcon 900EX”ə sahibdir. Digər oliqarxların da təyyarə parkında ABŞ mənşəli, yaxud istehsalının bir hissəsi ABŞ-a bağlı maşınlar üstünlük təşkil edir.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN