Rusiyanın ən böyük bankı olan "Sberbank" səhmlərinə malik "Dənizbank"ı ilin üçüncü rübündə "Dubay Emirates NBD"yə satmağı düşünür. Sonxeberler.info-nun verdiyi məlumata görə, bu barədə "Kommersant" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, "Dənizbank"ın satış məbləği 5,5 milyard təşkil edir.
Türkiyə bazarına daxil olmaq istəyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük bankı "Emirates NBD" bu səbəbdən "Sberbank"a təklif göndərib.
Qeyd edək ki, "Sberbank" 2012-ci ildə "Dənizbank"ın 99.85 səhmlərini 3.5 milyard dollara alıb.