SON DƏQİQƏ

Azərbaycan OPEK+ konfransını Bakıda keçirməyi təklif edib

Tarix:19-03-2018, 19:05

Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan OPEK baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə OPEK üzvləri və OPEK-ə daxil olmayan ölkələrin iştirakı ilə OPEK+ konfranslarından birinin neft sənayesinin beşiyi sayılan Bakıda keçirilməsi barədə təklifinə görə təşəkkür edir.

Baş katib bildirib: "Belə bir təklif bizim üçün böyük şərəfdir və Bakıda belə bir konfransın keçirliməsini səbirsizliklə göləyirik".

M.Barkindo onu da əlavə edib ki, OPEK+ çərçivəsində öhdəliklərin gözlənilməsi üzrə Monitorinq Komitəsinin növbəti iclası aprelin 14-15-də Ciddədə keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN