SON DƏQİQƏ

Dolların ilk ayı, 50 günü və 3 ili

Tarix:31-01-2018, 11:47

ABŞ dollarının rəsmi kursu 2018-ci ilin yanvar ayında eyni nöqtədə qaldı. Bütövlükdə 50 gündür Mərkəzi Bank dolların məzənnəsini sabit saxlayır. Rəsmi qiymət 2017-ci il dekabrın 13-dən 1,7001 manatdır. Novator.az bildirir ki, bu, manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.

2015-ci il fevralın 21-də dollar 0,7862 manatdan 1,05 manata yüksəlib. Dekabrın 21-nə təsadüf edən ikinci devalvasiyada rəsmi kurs 1,55 manat olub, il 1,5594 manatla başa çatıb.

2016-cı ildə məzənnə 1,7707 manata qalxıb.

2017-ci ildə isə dollar 7,06 qəpik ucuzlaşıb. İl ərzində ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat. Bu həm də ilk devalvasiyadan bəri qeydə alınan ən yüksək göstəricidir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN