SON DƏQİQƏ

Prezident İlham Əliyevin ABŞ-ın “Blackstone” şirkətinin icraçı direktoru ilə görüşüb

Tarix:24-01-2018, 21:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

“Report” xəbər verir ki, Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN