SON DƏQİQƏ

Baş nazir: “BTQ dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişib”

Tarix:24-01-2018, 21:52

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişib”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

 

Baş nazir Gürcüstanda Qara dəniz sahilində Anaklia dərin dəniz limanının inşa olunduğunu diqqətə çatdırıb: “Qazaxıstan kimi Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyənin cəlb olunduğu layihələr regionu Avropaya yaxınlaşdırır. Çindən hərəkət edən qatarın Gürcüstana çatması üçün 9 gün tələb olunur və bu yalnız bir ölkənin deyil, layihədə iştirak edən bütün ölkələrin böyük nailiyyətidir.”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN