SON DƏQİQƏ

Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

Tarix:19-01-2018, 17:55

Bu il ABŞ-da neft istehsalı böyük həcmdə artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ABŞ-da neft hasilatı “qara qızıl”ın qiymətinin bahalaşmasının təsiri ilə maksimum həcmdə artım göstərəcək. ABŞ-da istehsal artımı Venesuela hasilatın azalmasını kompensasiya edə biləcək.

“Goldman Sachs” və OPEC-in analitikləri də cari ildə ABŞ-da neft istehsalının son üç ilin ən yüksək səviyyəsinə çatdığını bildiriblər.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən hesabat həftəsində ölkədə xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 258 min barrel artaraq 9,75 milyon barrelə yüksəlib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN