SON DƏQİQƏ

Türkiyənin iqtisadiyyat naziri: "Kriptovalyutalardan istifadə etməyin"

Tarix:11-01-2018, 15:02

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkə vətəndaşlarını kriptovalyutalardan istifadə etməməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin yaydığı bəyanatda deyilir.

Nazir qeyd edib ki, kriptovalyutadan istifadə etməməyin bir sıra səbəbləri mövcuddur:

“Kriptovalyutaların təminatı və iqtisadi əsası yoxdur. Bu isə onun istifadəsində risklər yaradır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-ləri İstanbul birjasının öz kriptovalyutasını buraxmağı planlaşdırdığını yazmışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN