"Roma"nın yarımmüdafiəçisi Məhəmməd Salah "Liverpool"un maraq dairəsinə düşüb. SonXəbərlər goal.az-a istinadən xəbər verir ki, misirli futbolçunun Premyer Liqaya qayıtmaq istədiyi deyilir. Salah daha öncə "Chelsea"də çıxış edib. 24 yaşlı havbek hazırda İngiltərədədir. "Roma" "mersisaydlılar"ın 34 milyon avroluq təklifini artıq rədd edib.
Ötən mövsüm A Seriyasında 31 oyuna çıxan futbolçu 15 qol vurub, 11 dəfə də komanda yoldaşlarının fərqlənməsinə imkan yaradıb.