SON DƏQİQƏ

Ronaldu dünyanın ən populyar idmançısı seçilib - SİYAHI

Tarix:31-05-2017, 15:58

SonXəbərlər-in verdiyi məlumata görə, İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu dünyanın ən tanınmış idmançısı seçilib. "ESPN" idman telekanalının apardığı araşdırmaların nəticələrinə görə, portuqaliyalı hücumçu siyahıda basketbolçu Lebron Ceyms və "Barselona"nın forvardı Lionel Messini geridə qoymağı bacarıb.
 
İdmançılar arasında populyarlıq xüsusi düsturla müəyyən edilib. Siyahının hazırlanmasında idmançıların gəlirləri, sosial şəbəkədə təsiri və Google sistemində axtarış nəzərə alınıb.

100 nəfərdən ibarət tam siyahını buradan izləyə bilərsiniz.
 
 Dünyada ən məşhur idmançılar (ilk 10-luq):
 
 1. Kriştianu Ronaldu (futbol)
 
 2. Lebron Ceyms (basketbol)
 
 3. Lionel Messi (futbol)
 
 4. Rocer Federer (tennis)
 
 5. Fil Mikelson (qolf)
 
 6. Neymar (futbol)
 
 7. Useyn Bolt (atletika)
 
 8. Kevin Dyurant (basketbol)
 
 9. Rafael Nadal (tennis)
 
 10. Tayqer Vuds (qolf).

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN