SonXəbərlər-in verdiyi məlumata görə, Madrid "Real"ının hücumçusu Alvaro Morata İtaliyaya qayıdacaq və karyerasının "Milanda" davam etdirəcək. Bu barədə "La Gazzetta Dello Sport" xəbər yayıb.
İtaliya klubu 24 yaşlı ispan futbolçuya görə 60 milyon avro ödəyəcək. Моrata isə ildə 7,5 mln. avro qazanacaq.
Buna qədər Morata Turinin "Yuventusu" klubunda 2014-2016-cı illərdə çıxış edib. Futbolçu "Real"da öz vəziyyətindən narazıdır, çünki oyuna az buraxılır.