SON DƏQİQƏ

İslamiada: Azərbaycan qızıl medal sayını 75-ə çatdırıb

Tarix:22-05-2017, 10:32

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.

 

SonXəbərlər-in məlumatına görə, gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

 

İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.

 

Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.

 

Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN