SON DƏQİQƏ

İslamiada: Azərbaycan medal sayını 99-a çatdırıb - CƏDVƏL

Tarix:18-05-2017, 12:13

Mayın 17-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.

 

SonXəbərlər-in məlumatına görə, gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletika və paraatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

 

Azərbaycan milli komandası yarışın beşinci günündə 99 medalla (50 qızıl, 29 gümüş və 20 bürünc) ikinci pillədəki yerini qoruyub.

 

İslamiadanın beşinci günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 22 medal əldə ediblər. Bu medallardan 11-i qızıl, 5-i gümüş, 6-sı isə bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 137 medal (54-45-38) var.

 

İlk beşliyi İran (54 medal, 14-17-23), Özbəkistan (43 medal, 8-12-23) və İndoneziya (49 medal, 6-23-23) tamamlayır.

 

Ümumilikdə beş gün ərzində 33 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

 

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

54

45

38

137

2

Azərbaycan

50

29

20

99

3

İran

14

17

23

54

4

Özbəkistan

8

12

23

43

5

İndoneziya

6

23

20

49

6

Əlcəzair

6

11

13

30

7

Misir

6

3

6

15

8

Bəhreyn

4

1

3

8

9

İordaniya

3

1

4

8

10

Səudiyyə Ərəbistanı

3

0

6

9

11

Mərakeş

2

2

5

9

12

Qırğızıstan

2

2

4

8

13

İraq

2

2

3

7

14

Türkmənistan

1

3

3

7

15

Kamerun

1

2

2

5

16

Qətər

1

1

4

6

17

Banqladeş

1

1

0

2

18

Tunis

1

0

8

9

19

Seneqal

1

0

1

2

20

Qambiya

1

0

0

1

21-22

Oman

0

2

3

5

 

Pakistan

0

2

3

5

23

Suriya

0

1

4

5

24-25

Qazaxıstan

0

1

2

3

 

Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

26-28

Qayana

0

1

0

1

 

Nigeriya

0

1

0

1

 

Uqanda

0

1

0

1

29

Fil Dişi Sahili

0

0

2

2

30-33

Benin

0

0

1

1

 

Cibuti

0

0

1

1

 

Livan

0

0

1

1

 

Surinam

0

0

1

1

 

Cəmi

167

165

206

538

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN