Sabah İslam Həmrəylik Oyunlarında güləş yarışlarına start veriləcək. İlk olaraq xalçaya yunan-Roma güləşçiləri çıxacaq.
Artıq yarışların püşkü də atılıb. İdmançılarımız rəqiblərini tanıyıblar.
1/8 finaldan azad olan 59 kq çəki dərəcəsində Murad Məmmədov ¼-də iranlı M. Nourbaxşla üz-üzə gələcək.
71 kq çəkidə komandamızın lideri Rəsul Çunayev ¼ finalda əlcəzairli A. Boudjemline ilə qarşılaşacaq.
80 kq-da Rafiq Hüseynov ¼ finalda qırğızıstanlı A. Azisbekovla qüvvəsini sınayacaq.
98 kq çəkidə Orxan Nuriyev də ¼ finaldan yarışa start verəcək. O, özbəkistanlı R. Assalakovla güləşəcək.
***
Rəsul Çunayev 1/4 finalda iranlı rəqibini 1 dəqiqə 4 saniyəyə 8:0 edərək yarımfinala adladı.
***
Orxan Nuriyev pakistanlı Raza Tayaba 9:0 hesabı ilə qalib gələrək yarımfinala keçdi.